Yeni marka tədavülə buraxıldı


11.01.2019 1451


Oman poçtu ərəb qadınlarına həsr etdiyi yeni markanı tədavülə buraxılıb. Omanın Ərəb qadınları Təşkilatına sədrliyi münasibətilə bu ölkənin poçt adminstrasiyası yeni xatirə markasını poçt dövriyyəsinə verib.

Yeni markanın üzərində təşkilatın loqosu, eləcə də  “Ərəb qadınları Təşkilatında Omanın sədrliyi” mənasını bildirən yazı əks olunub.

Markada qadınların bütün ərəb dünyasında baş verən sosial-iqtisadi inkişaf naminə verdiyi töhfə qiymətləndirilir. Poçt markasının dövlət səviyyəsində rəsmi  təqdimatı  da keçirilib.

Qeyd edək ki, markanın nominal dəyəri 200 bayza təşkil edir. Xüsusi markanın tirajı ilə bağlı isə məlumat yayılmayıb.



Onlayn konsultasiya