Almaniyada poçt qutusuna atılan reklam kağızlarına görə vergi tutulacaq


26.08.2019 208


Almaniyanın Zvikau şəhər şurasının maraqlı təşəbbüsü artıq ölkənin digər şəhərləri tərəfindən bəyənilib və ola bilsin ki, nümunə kimi götürüləcək. Yerli hakimiyyət orqanları sakinlərin narazılığına səbəb olan şəhərdəki poçt qutularına reklam xarakterli kağızlar və digər bu cür nəşrlərin atılmasını qadağan etmək qərarına gəlib. Qadağanın tətbiqinin daha bir məqsədi kağız tullantıların toplanması sisteminə nəzarət etməkdir. Belə ki, onun üçün xərclər heç də başqalarının poçt qutularını öz reklamı ilə zibilləyənlərin üzərinə düşmür.

Yeni qanun öz reklam kağızlarını etiraz etməyən sakinlərin poçt qutularına atmaqda israrlı olanlar üçün vergi tətbiq edilməsini də nəzərdə tutur.

Almaniyanın bir çox başqa şəhərlərinin sakinləri kimi, Zvikalulular da arzuolunmaz reklam poçtunun – jurnal, liflet, supermarket qəzetlərinin, mebel dükanlarının, digər pərakəndə satış satıcılarının, o cümlədən təmirdən tutmuş müəllimliyə qədər müxtəlif xidmətlər təqdim edən şəxslərin elanlarından beziblər. içində itib-batıblar. “Reklam istəmirəm!” sözlərinin yazılması heç də həmişə kömək etmir.

2018-ci ildə Zvikauda toplanmış tullantıların 15,9 faizini kağız və karton təşkil edib. Yəni hər bir sakinin payına təqribən 58 kiloqram belə tullantı düşüb.

 



Onlayn konsultasiya