“Brest” markalı zərfdə və iki bədii kitabda


30.08.2019 2113


Sentyabr ayının 4-də Belarus Respublikasının Rabitə və İnformasiyalaşdırma Nazirliyi Brest şəhəri haqqında ilk yazılı mənbənin 1000 illiyinə həsr edilən poçt blokunu tədavülə buraxacaq.

Orijinal poçt bloku 88х69 mm ölçülərində hazırlanacaq və tiraji 20 min nüsxə təşkil edəcək. Blokda olan markaların ölçüləri isə 52х29,6 mm nəzərdə tutulub.

Layihə rəssam Tatyana Dolskaya və dizayner Marina Vitkovskaya məxsusdur.

Buraxılışa əlavə olaraq “İlk gün” zərfi, xüsusi möhür və poçt bloklu 2 bədii kitab hazırlanacaq. Hər iki kitab 120х101 mm ölçülərində, 2 min nüsxə tirajla dövriyyəyə buraxılacaq.

Elə həmin tarixdə, yəni sentyabr ayının 4-də “İlk gün” zərfinin üzərinə xüsusi həkketmə həyata keçiriləcək.

Xatırladaq ki, 1019-cu ildən müasir Belarusun ən qədim yazılı mənbələrində adı çəkilən qədim Brest şəhəri, 2019-cu ildə 1000 illik yubileyini qeyd edir.



Onlayn konsultasiya