Beynəlxalq Xalq Sənəti Festivalına həsr olunan markalar


09.09.2019 93


Özbəkistan Respublikası İnformasiya Texnologiyalarının və Kommunikasiyaların İnkişafı Nazirliyi Kokand şəhərində keçirilən “Beynəlxalq Xalq Sənəti Festivalı 2019”- a həsr olunan poçt markalarını dövriyyəyə buraxıb. Poçt markalarında Kokand şəhərinin tarixi yerləri, Özbəkistan xalq sənətinin bənzərsiz və əvəzolunmaz nümunələri təsvir edilib.

Seriya iki kiçik vərəq şəklində nəşr olunub. Birinci vərəq memarlıq, ikinci vərəq isə tətbiqi incəsənətə həsr olunub. Kiçik vərəq 8 poçt markasından və 1 kupondan ibarətdir. Buraxılışa əlavə hədiyyə dəsti də hazırlanıb.

Bu seriyadan olan poçt markaları 52х37mm ölçülərində, kiçik vərəq isə 180х230mm, 180х190mm ölçülərində hazırlanıb və tiraji 6 min nüsxə təşkil edir. Eyniləşdirmə nömrələri verilərək nominallar müəyyən olunub.

Layihə rəssam-dizayner E. Kanavetsa məxsusdur.

Qeyd edək ki, “Beynəlxalq Xalq Sənəti Festivalı” Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyayevin təşəbbüsü ilə sentyabr ayının 10-15 tarixlərində Fərqanə vilayətinin iqtisadi və mədəni mərkəzi olan Kokand şəhərində keçiriləcək.



Onlayn konsultasiya