Rusiya poçtu Yaponiya məhsullarının onlayn satışına başlayacaq


17.09.2019 2030


Rusiya poçtu “Itsumo” şirkəti ilə birlikdə Yaponiya mallarının onlayn satışını həyata keçirməyi planlaşdırır. İnternet mağaza bu ilin noyabr ayında fəaliyyətə başlayacaq. Artıq tərəfdaşlar əməkdaşlıq müqaviləsi imzalayıblar. Müqaviləyə əsasən Yaponiya məhsullarının Rusiya bazarında, Rusiya məhsullarının isə Yaponiya bazarında qarşılıqlı satışı təşkil olunacaq.

Bu layihə çərçivəsində Rusiya poçtu logistika və daşınma imkanlarını inkişaf etdirmək niyyətindədir.

Qeyd edək ki, 2007-ci ildən etibarən, “Itsumo” şirkəti elektron ticarət sahəsində ixtisaslaşıb. Həmçinin şirkət Amazon-un Yaponiyadakı ilk ortağıdır.



Onlayn konsultasiya