"Azərpoçt" MMC-nin Sumqayıt Poçt Filialı Birinci Kitab Yarmarkasında təmsil olunub


16.09.2019 2908


Sumqayıta şəhər statusunun verilməsinin 70 illiyinin yüksək səviyyədə qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində növbəti aksiya baş tutub. Şəhərin Kimyaçılar Mədəniyyət Sarayının qarşısında “Birinci Kitab Yarmarkası” keçirilib. Yarmarkada “Azərpoçt” MMC-nin Sumqayıt filialı yaxından iştirak edib. Yaradılmış guşədə vətənimizin tarixinə, incəsənətinə, görkəmli xadimlərinə, zəngin təbiətinə həsr olunan poçt markaları, açıqca, qeyd dəftərləri və zərflərin satışı təşkil olunub.

Tədbir mədəniyyət və incəsənət nümayəndələrinin geniş konsert proqramı ilə yekunlaşıb.



Onlayn konsultasiya