“Jersey Post” 50 illiyinə həsr etdiyi markalar


15.10.2019 2077


Cersi poçtunun yaranmasının 50 illiyinə həsr olunan poçt markaları dövriyyəyə buraxılıb. Layihə Fransanın “Cartor Security Printing” çap evində işıq üzü görüb. Bu orijinal poçt markaları 45х28 mm ölçülərində hazırlanıb.

Qeyd edək ki, Cersidəki müasir poçt operatoru “Jersey Post” -dur. La Manş boğazında Normand adaları qrupunun ən böyük adası sayılan, Böyük Britaniya ərazisində yerləşən Cersi adası 1969 ildə poçt müstəqilliyi dövründə poçt ofisini yaradıb və həmin ilin 1 oktyabr tarixində poçt markaların istehsalına başlayıb.

2014-cü ildən etibarən isə Cersidə poçt maşınlarında istifadə edilən İngilis çap maşın markalarının bir növü olan “Post & Go” markaları istehsal edilir.



Onlayn konsultasiya