“Qraffalo” uşaq kitabının qəhramanlarına həsr olunan poçt markaları


16.10.2019 2071


Böyük Britaniyanın Kral poçtu “Royal Mail” “Qraffalo” uşaq kitabının qəhramanlarına həsr olunan poçt markalarını tədavülə buraxıb. Nominalı 1-ci dərəcəli olan markalar 50x30 mm ölçülərində hazırlanıb və “International Security Printers” çap evində işıq üzü görüb.

Bu orijinal poçt markalarının dizaynı “Rose Design”-ə məxsusdur.

Qeyd edək ki, 13 milyon nüsxə çap tirajı ilə, 81 dilə tərcümə edilən “Qraffalo” uşaq kitabı1999-cu ildə Culiya Donaldson tərəfindən yazılaraq, Aksel Şeffler tərəfindən təsvir edilib. “Qraffalo” uşaq kitabının buraxılışının 20-ci ildönümünü məhz bu il qeyd edilir.



Onlayn konsultasiya