“Milad” bayramina həsr olunan poçt markaları
18.10.2019
2193
Serbiya milli poçt xidməti “Milad” bayramına həsr olunan poçt məhsulunu tədavülə buraxıb. Poçt məhsulu iki poçt markasından ibarətdir, hər poçt vərəqi isə 25 markanı təsvir edir. Hər iki poçt markasının üzərində Milad motivlərinə müraciət olunub.
Birinci markanın üzərində saman, buğda, meyvə, Milad ağacı təsvir olunub. Digər markanın üzərində isə bağamburc, bayram zəngi, hədiyyə corabı və bayram şirniyyatları öz əksini tapıb.
Bu orijinal poçt markaları 30.45 х 35 mm ölçülərində hazırlanıb. Nominal dəyərləri 27.00 və 100.00 dinar təşkil edir. Markalardan biri 215 min, digəri isə 100 min nüsxə tirajla dövriyyəyə buraxılıb.
Layihə dizayner Miroslav Nikoliça məxsusdur.
Qeyd edək ki, bütün Xristian aləmində İsa Məsihin doğum tarixi 25 dekabr Milad günü kimi qeyd olunsa da, Serbiyada bu bayramın əsas elementi olan kilsə təbilləri yanvarın 7-də çalınır. Həmin tarixdən etibarən bütün Serbiya ərazisində üçgünlük festival start götürür. Bunun əsas səbəbi odur ki, ortodoks xristianları Qriqorian təqvimindən 13 gün geridə olan Yulian təqvimini izləyirlər. Bununla belə, serbiyalılar Milad hazırlıqlarına hələ bu tarixdən 40 gün əvvəl başlayırlar.