“Azərpoçt” MMC-də Xorvatiyanın “Sedam IT” şirkətinin nümayəndələri ilə görüş keçirilib


29.10.2019 2634


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-nin rəhbərliyi ilə Xorvatya nümayəndə heyəti  arasında görüş keçirilib.

“Azərpoçt” MMC-nin Baş direktoru Emin Əfəndiyev bildirib ki, Azərbaycan və Xorvatiyanın poçt operatorları Ümumdünya Poçt İttifaqının üzvləridir. Bu çərçivədə ikitərəfli əlaqələrin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Qurum rəhbəri Xorvatiyanın   “Sedam IT” şirkətinin “Azərpoçt”la əməkdaşlıq niyyətini müsbət qarşıladıqlarını qeyd edib. Görüşdə iştirak edən Xorvatiyanın Azərbaycandakı səfiri cənab Branko Zebiç ölkələrimiz arasında əlaqələri yüksək qiymətləndirib, informasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğulayıb.

 

Sedam IT” şirkətinin icraçı direktoru Vedran Zeljeznak isə bildirib ki, rəhbərlik etdiyi qurum “Azərpoçt” MMC ilə birlikdə “rəqəmsal qutu” layihəsini həyata keçirmək istəyir. Layihənin əhəmiyyətindən danışan cənab Zeljeznak, Xorvatiya poçt operatoru ilə bu sahədə əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb. O, bildirib ki, qeydiyyatlı poçt göndərişlərinin “elektron qutu” ilə əvəz olunması müasir dövrün tələblərinə uyğun olmaqla yanaşı, həm də böyük əhəmiyyət daşıyır.

 

Qeyd edək ki, 16 ildir informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən “Sedam IT” dünyanın bir neçə ölkəsində böyük layihələr həyata keçirib. Sonda qonaqlar 1 saylı “Şəbəkə” Xidmət Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.  Onlara mərkəzin iş prinsipi və tədbiq olunan yeniliklər barədə geniş məlumat verilib.



Onlayn konsultasiya