Polşa poçtunun yeni markaları dövriyyədə


31.10.2019 2030


Polşa poçtu “Sinqapur və Polşa quşları” adlı poçt məhsulunu dövriyyəyə buraxıb. Poçt məhsulu poçt markalı blokdan ibarətdir. Bu maraqlı poçt bloku 90×70 mm ölçülərində hazırlanıb və iki markadan ibarətdir. Markaların ölçüləri isə 31.25x39.5 mm təşkil olunub.

Layihə dizayner Andjey Qosik və rəssam Sonni Liyə məxsusdur. 

Quşlara həsr olunan poçt markalarının hər ikisinin nominal dəyəri 3.30 PLN, tiraji isə 120 min nüsxədir.

Buraxılışa əlavə olaraq poçt zərfi və xüsusi ştempel də tədavülə buraxılıb.



Onlayn konsultasiya