İncəsənət xadimlərinə həsr olunan poçt məhsulu


08.11.2019 2032


Serbiya milli poçt xidməti “İncəsənət” seriyası çərçivəsində poçt məhsulunu dövriyyəyə buraxıb. Seriya məşhur incəsənət xadimlərinə həsr olunub və aşağıdakı məhsullardan ibarətdir.

“Zora Petroviçin anadan olmasının 125 illiyinə” həsr olunan poçt markası və zərf;

“Rist Steyoviçin anadan olmasının 125 illiyinə” həsr olunan poçt markası və zərf;

“Duşan Yankoviçin anadan olmasının 125 illiyinə” həsr olunan poçt markası və zərf;

“İvan Radoviçin anadan olmasının 125 illiyinə” həsr olunan poçt markası və zərf;

“Henri Matisın anadan olmasının 125 illiyinə” həsr olunan poçt markası və zərf.

Poçt vərəqində 5 marka və 1 kupon təsvir olunub. Markalar 31,9x42 mm ölçülərində hazırlanaraq hər biri 10 min tirajla istehsal olunub. Poçt vərəqi isə 121,7x110 mm ölçülərində tədavülə buraxılıb.

 

Bu maraqlı poçt markalarının nominal dəyərləri 27.00 dinardır.

İncəsnət xadimlərinə həsr olunan poçt məhsulu “Forum” Novi Sad çap evində işıq üzü görüb. Layihə dizayner Yakşa Vlaxoviça məxsusdur.



Onlayn konsultasiya