“Azərmarka” MMC “Neft eposu” adlı poçt markasını tədavülə buraxıb


20.11.2019 2073


“Azərmarka” MMC “Əsrin müqaviləsi”nin 25 illiyi və Neft Daşlarında ilk neftin çıxarılmasının 70-ci ildönümünə həsr olunan “Neft eposu” adlı poçt markasını tədavülə buraxıb. Poçt markası Azərbaycan Respublikasının Əməkdar rəssamı Sabina Şıxlinskayanın “Neft eposu” adlı silsilə rəsm əsərlərindən ibarətdir.

Buraxılış 8 markadan ibarət poçt bloku şəklində hazırlanıb. Bir markanın ölçüsü 18x18,36 mm, blokun ölçüsü 185x54 millimetrdir. Poçt bloku 5 min ədəd tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.

Poçt blokunun təqdimat mərasimində çıxış edən “Azərmarka” MMC-nin direktoru Leyla Güləliyeva qeyd edib ki, marka XVIII əsrdən indiyədək neft sənayesində əldə olunan nailiyyətləri, inkişafı əhatə edir. “Məqsəd Azərbaycanı dünyada təbliğ etməkdir. Bunun üçün markalar çox gözəl vasitədir. Çünki zərfin üzərindəki markalar dünyanın hər bir yerinə çatır və bir ölkə, xalq barədə informasiya daşıyır”.-deyə direktoru Leyla Güləliyeva bildirib.



Onlayn konsultasiya