Siçan ilinə həsr olunan poçt markaları


10.01.2020 1558


Yeni Zelandiya Poçtu Siçan ilinə həsr olunan dörd markalı xüsusi bir dəst təqdim edib. Dörd rəngdən istifadə olunan bu markaların nominal dəyərləri 1.30 -4 dollar arasında dəyişir.

Bu maraqlı poçt markaları “Australia Post” çap evində işıq üzü görüb. Layihə Yeni Zelandiyanın “Asiaworks” şirkəti tərəfdən hazırlanıb. Hər markanın ölçüsü 30mm х 40mm təşkil edir.

Qeyd edək ki, Yaponiyada və digər Şərq ölkələrində qəbul edilmiş təqvimə əsasən 12 illik dövr daxilində hər il müəyyən heyvan simvolu altında keçir. Bu təqvimə əsasən, 2020-ci il Siçan ili üzərində təhvil olacaq.

Çin təqviminə görə isə Yeni il adət etdiyimiz kimi yanvarın 1-dən başlamır. Qaban öz yerini Siçana 25 yanvarda təqdim edir.



Onlayn konsultasiya