Poçt şöbələri bayram günlərində növbəli iş rejimində fəaliyyət göstərir


20.03.2020 3129


Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC Novruz Bayramındakı qeyri-iş günlərində tabeliyində olan aşağıdakı poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində növbəli iş rejimi təşkil edib.

Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 36 ünvanındakı 1 saylı “Şəbəkə” Xidmət Mərkəzi saat 09:00-dan 17:00-dək, Bakı və Sumqayıt şəhərlərində yerləşən “Şəbəkə” Xidmət mərkəzləri 10:00-dan 16:00-dək, Cəlilabad, Zaqatala və Ağdaşda fəaliyyət göstərən mərkəzlər isə 09:00-dan 16:00-dək vətəndaşlara xidmət göstərir.

Eyni zamanda Bakı şəhərində yerləşən 1 saylı poçt filialının 1,7,10,33, 2 saylı poçt filialının 9, 102, 111, 117, 3 saylı poçt filialının 2(MXŞ), 34, 40, 104, 118, 119, 123, 132, 133, 142, 149, 4 saylı poçt filialının 39, 42, 45, 77, 89, 90, 156, 5 saylı poçt filialının 63 (MXŞ), 3, 21, 80, 81, 83, 6 saylı poçt filialının 72(MXŞ), 8, 29, 52, 53, 54, 114, 115, 130, 170 saylı poçt şöbələri, eləcə də regionlarda fəaliyyət göstərən mərkəzi xidmət şöbələri 09:00-dan 16:00-dək vətəndaşlara xidmət göstərir.

Bayram günlərində poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi, teleqramların, məktubların, banderolların, bağlamaların, xüsusilə də bayram təbriklərinin, əsgər göndərişlərinin, pul köçürmələrinin ünvanı üzrə nəzarət-keçid müddətlərində çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin edilir.



Onlayn konsultasiya