Koronavirus pandemiyası ilə bağlı ilk poçt markası buraxıldı
07.04.2020
4534
İran İslam Respublikasının milli poçt operatoru “Milli qəhrəmanlar” adlı poçt markasını tədavülə buraxıb.
Marka öz sağlamlıqlarını riskə ataraq koronovirus (COVİD-19) pandemiyasının yayılmasına qarşı fədakarcasına mübarizə aparan, əmək fəaliyyəti ilə əlaqədar ailələrindən uzaq qalan tibb işçilərinə həsr olunub.
Poçt markasının üzərində maskalı tibb işçiləri və qaz əleyhinə maskada olan əsgər təsvir edilib. Bundan başqa markada koronavirusun elektron mikroqraflarına əsaslanan simvolik təsvirlər də öz əksini tapıb.
Qeyd edək ki, sözügedən orijinal poçt markasının nominal dəyəri 18 min İran riyalına bərabərdir.