“Azərpoçt” MMC-nin əməkdaşları fəxri adlarla təltif ediliblər


20.04.2021 2762


Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin əmrinə əsasən “Azərpoçt” MMC-nin “Fədakar rabitəçi” fəxri adı ilə təltif edilən əməkdaşlarına mükafatlar təqdim edilib.

 

“Azərpoçt” MMC-nin 3 saylı Poçt Filialının 149 saylı poçt şöbəsinin əməliyyatçısı Sevinc Aslanovaya və Xocalı Rayon Rabitə Qovşağının sabiq poçtalyonu Məryəm Hümbətovaya mükafatları qurumun Baş direktoru Əfqan Cəlilov təqdim edib.

 

Əməkdaşları fəxri ada layiq görülmələri münasibətilə təbrik edən Baş direktor Əfqan Cəlilov onların rabitə sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, Məryəm Hümbətova və Sevinc Aslanova Birinci Qarabağ müharibəsi zamanı döyüş bölgələrində və sərhədyanı zonalarda poçtalyon kimi fəaliyyət göstəriblər. Xüsusi fədakarlıqları ilə hər zaman örnək olublar.

 

Təltif olunan əməkdaşlar xidmətlərinə verilən yüksək qiymətə görə təşəkkürlərini bildiriblər.



Onlayn konsultasiya