“Azərpoçt” Poçt Təhlükəsizliyi Fəaliyyət Qrupunun 6-cı iclasında təmsil olunub


25.05.2021 2185


Mayın 25-də Regional Əməkdaşlıq Birliyinin (RSS) növbəti iclasında Poçt Komissiyası və RSS Poçt Operatorları Şurası yanında Poçt Təhlükəsizliyi Fəaliyyət Qrupunun 6-cı iclası keçirilib. Onlayn tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC-nin nümayəndəsi iştirak edib.

 

İclası RSS Poçt Komissiyası və RSS Poçt Operatorları Şurası yanında Poçt Təhlükəsizliyi Fəaliyyət Qrupunun sədri Aleksandr Sergeyev açıq elan edib. İclasda 2021-2022-ci illər üçün Rabitə Sahəsində Regional Birliyin Poçt Təhlükəsizliyi üzrə İşçi Qrupunun İş Planının icrası məsələləri müzakirə olunub. Tədbirdə vacib məsələlər müzakirə olunduqdan sonra müvafiq qərarlar qəbul edilib.

 

İclasda RSS Poçt Operatorları Şurasının həqiqi üzvləri – Azərbaycan (“Azərpoçt” MMC), Belarus (“Belpochta” RUE) , Qazaxıstan (“Kazpoçta” ASC), Qırğızıstan (“Qırğız Poçt Şöbəsi” Dövlət Müəssisəsi), Rusiya (“Rusiya Poçt” ASC), Tacikistan (“Post Toçik” Dövlət Birliyi Müəssisəsi), Özbəkistan (“Özbəkistan Poçtu” SC) və RSS İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.



Onlayn konsultasiya