“Qars müqaviləsi – 100 il” mövzusunda yubiley poçt markaları dövriyyəyə buraxılıb


22.09.2021 490


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən “Qars müqaviləsi – 100 il” mövzusunda yubiley poçt markaları dövriyyəyə buraxılıb.

 

Buraxılış 8 markadan ibarət vərəq şəklində hazırlanıb. Poçt markası 103 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.

 

Markanın müəllifi rəssam Vüqar Əyyubovdur.

 

Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

 

Qeyd edək ki, oktyabr ayının 13-də “Qars müqaviləsi”nin bağlanmasının 100 ili tamam olur. “Qars müqaviləsi” mühüm tarixi əhəmiyyətə malikdir. Müqavilə ilə Naxçıvanın statusu təsbit olunub və tərəflər Naxçıvanın muxtar respublika kimi Azərbaycanın tərkibində qalması məsələsində razılığa gəlib.



Onlayn konsultasiya