Poçt şöbəsindən lotereya alan paytaxt sakini 25 min manat qazandı


21.09.2021 639


Bakı şəhər sakini Fərəcov Emin Nurəddin oğlu Azərpoçt MMC-nin 22 saylı şöbəsindən aldığı lotereyadan 25 min manat udub.

 

Emin Fərəcov əvvəllər lotereya həvəskarı olmağını söyləyir. “Azərpoçt şöbələrində yeni ani lotereyalar satışa çıxarıldıqdan sonra bu lotereyalar diqqətimi cəlb etdi. Ani lotereyaları ara-sıra almağa başladım. Adətən kiçik məbləğləri udurdum. Son dəfə 7 lotereya bileti aldım və evə gətirdim. 25 min manat uduş çıxdıqda hamımız sevindik. Udduğum məbləği oğlumun xaricdə təhsilinə xərcləmək fikrim var” – deyə Fərəcov söyləyir.

 

Qeyd edək ki, “Qızıl” ani lotereyasında böyük uduşun məbləği 25000 manat təşkil edir. Azərpoçt MMC-nin şöbəsindən udulmuş ilk böyük məbləğdən başqa hələ iki böyük uduş öz şanslı sahibini gözləyir.

 

Yeni ani lotereyaları satış nöqtələrində, eləcə də Azərpoçt MMC-nin şöbələrində əldə etmək mümkündür.

 

Qeyd edəki ki, "Azərlotereya" ASC yeni “Poz Qazan” ani lotereyalarının satışının daha səmərəli təşkili və satış arealını genişləndirmək məqsədilə “Azərpoçt” MMC ilə əməkdaşlığa başlayıb.

 

Tərəflər arasında bağlanmış müqaviləyə görə bazara yeni təqdim edilən ani lotereyaların satışı “Azərpoçt” şöbələrində həyata keçiriləcəkdir. Satışlar öncə Bakı şəhəri üzrə 70 və ölkə üzrə 223 poçt məntəqəsində olacaqdır. Gələcəkdə lotereyaların satılacağı poçt məntəqələrinin sayının artırılması planlaşdırılır.

 

 



Onlayn konsultasiya