“Azərpoçt“ MMC-də Vətən müharibəsinin ildönümünə həsr olunan tədbir keçirilib.


27.09.2021 1250


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-də Vətən müharibəsinin ildönümünə həsr olunan tədbir keçirilib.

 

Əvvəlcə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək kimi tarixi missiyanı həyata keçirib. Ötən ilin bu günü Azərbaycan xalqı Vətən müharibəsinə başlayıb.

 

Qeyd olunub ki, Vətən müharibəsinin ilk günlərindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və tebeli qurumlarının əməkdaşları da cəbhəyə yollanıb. “Azərpoçt” MMC-nin 39 əməkdaşı da onların sırasında olub. Bir nəfər əməkdaşımız Rəhimov Rəşad İlqar oğlu şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rəşad Rəhimov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Tədbirin sonunda Vətən müharibəsinə həsr olunan film nümayiş olunub.



Onlayn konsultasiya