“Azərpoçt” MMC tərəfindən “Azərbaycan Telefon Rabitəsi 140” loqotipli bank kartlarının buraxılışına başlanılıb


03.11.2021 393


Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən “Azərbaycan Telefon Rabitəsi 140” loqotipli bank kartlarının buraxılışı həyata keçirilib.

 

İlkin mərhələdə yeni dizaynda 5 min ədəd kart emissiya edilib və nazirliyin qurumlarına əməkhaqqı layihələri çərçivəsində təqdim olunub. İlin sonuna qədər əlavə olaraq 40 min ədədə yaxın “Azərbaycan Telefon Rabitəsi 140” loqotipli bank kartlarının buraxılışı nəzərdə tutulur.

 

Qeyd edək ki, “Azərpoçt” MMC tərəfindən 140 illik yubiley münasibətilə müxtəlif maliyyə xidmətləri üzrə kampaniyaların keçirilməsi planlaşdırılır.



Onlayn konsultasiya