Bayram günləri də xidmətinizdəyik!


06.11.2021 1432


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.

 

Belə ki, 8 və 9 noyabr tarixlərində Bakı şəhərində yerləşən Mərkəzi Poçt Şöbəsi saat 09.00-dan 18.00-a, 2 saylı poçt filialının 63 (MXŞ) saylı poçt şöbəsi saat 10.00-dan 17.00-a, 124, 138, 144 saylı poçt şöbələri saat 09.00-dan 17.00-a, 3 saylı poçt filialının 2(MXŞ), 40 saylı poçt şöbələri saat 10.00-dan 17.00-a, 4 saylı poçt filialının 44 (Şəbəkə) saylı poçt şöbəsi saat 09.00-dan 17.00-dək işləyəcək.

 

Bayram günlərində regionlarda yerləşən Müştəri Xidməti şöbələri saat 10:00-dan 17.00-a qədər vətəndaşlara  xidmət göstərəcək.

 

Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pul köçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.

 



Onlayn konsultasiya