“Azərpoçt” MMC tərəfindən yeni poçt markası dövriyyəyə buraxılıb


23.12.2021 2445


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən yeni poçt markası dövriyyəyə buraxılıb. Marka Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr olunub.

 

Buraxılış 2 markadan ibarət blok şəklində hazırlanıb. Poçt markası 3 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap edilib.

 

Markanın müəllifi rəssam Orxan Qarayevdir.

 

Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

 

Xatırladaq ki, “Azərpoçt” MMC mütəmadi olaraq mühüm əhəmiyyət kəsb edən əlamətdar tarixlərlə bağlı poçt markaları dövriyyəyə buraxır.



Onlayn konsultasiya