“3 Ozan bir arada” layihəsi təqdim edilib.


05.03.2022 2010


"Azərpoçt" un istehsal etdiyi “3 Ozan bir arada” markasının Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təqdimatı olub.

 

Türk xalqlarının çoxəsrlik mədəniyyətini, tarixini tanıtmaq məqsədilə “3 Ozan bir arada” adlı yeni layihə çərçivəsində Türk dünyasının üç böyük şairi – Yunus Əmrə, Aşıq Ələsgər, Jambıl Jabayevin yubiley tarixləri ilə əlaqədar poçt markası çap olunub. Markalar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin birgə əməkdaşlığı ilə dövriyyəyə buraxılıb. 

 

Layihə Türk ədəbiyyatının böyük söz sənətkarı Yunus Əmrənin vəfatının 700-cü ildönümünə, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyinə, Qazaxıstanın xalq şairi Jambıl Jabayevin 175 illik yubileyinə həsr olunmuşdur.

 

Şairlərin portretlərinin əks olunduğu markanın müəllifi Azərbaycanlı rəssam Orxan Qarayevdir.



Onlayn konsultasiya