“Azərpoçt” MMC Ümumdünya Poçt İttifaqı (ÜPİ) tərəfindən növbəti sertifikata layiq görülüb.


30.03.2022 2079


“Azərpoçt” MMC ÜPİ tərəfindən S42 Ünvanlama Standartı Formasının təkmilləşdirilməsində verdiyi töhfələrə görə “S42 ÜnvanlamaStandartıTanınma” sertfikatına layiq görülüb.

 

S42 Ünvanlama Standartı poçt ünvanının necə yazılmalı olduğunu, o cümlədən poçt ünvanı elementlərinin sıralamasını, tələb olunan və seçimə əsasən digər elementləri, habelə ümumi təqdimatı nəzərdə tutan poçt ünvanı şablonlarının spesifikasiyası metodologiyasını əks etdirir.

 

Bundan əlavə, standart vasitəsilə insanlar tərəfindən başadüşülən və poçt ünvanı şablonlarının kompüter tərəfindən işlənməsinə uyğun dillər müəyyən edilmiş və təsvir edilmişdir.

 

O, həmçinin poçt ünvanlarının mümkün komponentlərinin lüğətini, onların istifadəsinə dair nümunələr və məhdudiyyətləri də təqdim edir.

 

Qeyd edək ki, “Azərpoçt” MMC 1993-cü ildən ÜPİ-nin üzvüdür və sözügedən standart ÜPİ-yə üzv olan bütün ölkələrdə istifadə olunur.

 



Onlayn konsultasiya