“Azərpoçt” MMC vakansiya elan edir!
13.07.2022
2088
ÖLKƏNİN YEGANƏ MİLLİ POÇT OPERATORU “AZƏRPOÇT” MMC METODOLOGİYA ÜZRƏ MÜTƏXƏSSİS VAKANSİYASINI AÇIQ ELAN EDİR:
Vəzi̇fə öhdəli̇kləri̇:
-Müəssisənin struktur bölmələrindən daxil olan sorğular əsasında normativ xarakterli sənədlərin yaradılması, müvafiq struktur bölmələri tərəfindən razılaşdırılması üçün təqdim olunması və rəhbərlik tərəfindən sənədin təsdiq olunması üçün yönləndirilməsi;
-Müəssisənin struktur vahidləri tərəfindən hazırlanmış normativ sənəd layihələrinin nəzərdən keçirilməsi və standartlara uyğunlaşdırılması müvafiq struktur bölmələri tərəfindən razılaşdırılması üçün təqdim olunması və rəhbərlik tərəfindən sənədin təsdiq olunması üçün yönləndirilməsi;
-Biznes Proseslər üzrə metodoloji bazanın təkmilləşdirilməsi
-Metodoloji dəstək məqsədilə proseslərin təkmilləşdirilməsi, məhsul və xidmətlərin yaradılması üzrə həyata keçirilən layihələrdə iştirak
-Müəssisənin biznes proseslərinin təhlili, təkmilləşdirmə imkanlarının araşdırılması və bununla bağlı təkliflərin verilməsi
-Normativ sənədlərin təsdiqə təqdim olunması üçün ehtiyac olduqda təqdimat hazırlamaq və səlahiyyətli orqan qarşısında məsələni müzakirəyə təqdim etmək
-Müəssisənin normativ sənədlər üzrə elektron sənədlərin yerləşdirilməsi
Namizədə dair tələblər:
-Ali təhsil
-Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsi
-Prosedurların və daxili normativ qaydaların yaradılması və yazılması üzrə təcrübə
-Mükəmməl yazılı və şifahi ünsiyyət vərdişləri
-Dəyişiklikləri qəbul etmək bacarığı, yeni biliklər əldə etməyə hazırlıq
-Azərbaycan, rus və ingilis dillərini bilmək
-İş yeri: “Azərpoçt” MMC, baş ofis (Ünvan: Ü.Hacıbəyli 72)
-İş vaxtı: Həftəiçi 5 gün, saat 9:00 – 18:00
Maraqlananlar, öz CV-lərini “metodologiya üzrə mütəxəssis” başlığı ilə hr@azerpost.az göndərə bilərlər.