“Azərpoçt könüllüləri” layihəsinin müsahibə mərhələsi keçirilib
01.08.2022
1181
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəklədiyi “İnnovasiya könüllüləri” təşkilatının “Azərpoçt” MMC ilə əməkdaşlığı çərçivəsində reallaşdırılan “Azərpoçt könüllüləri” layihəsinin 26-29 iyul tarixlərində müsahibə mərhələsi keçirilib.
Bu müddət ərzində 300-ə yaxın şəxsin müraciəti dəyərləndirilib, 108 uğurlu namizəd ilkin müsahibə mərhələsinə dəvət edilib.
Müsahibədə müvəffəqiyyət qazanan hər bir könüllüyə uğurlar arzulayırıq!