“Azərpoçt” MMC beynəlxalq sərgidə təmsil olunub.


13.10.2022 909


 

Bu ilin  oktyabr ayının 7-dən 11-ə qədər Sankt- Peterburqda Popov  adına Mərkəzi Rabitə Muzeyində "Rossica-2022" beynəlxalq filateliya sərgisi baş tutub.

 

“ Azərpoçt” MMC poçt markaları ilə beynəlxalq tədbirdə təmsil olunub. Son illər ərzində buraxılan Azərbaycan poçt markaları sərgi iştirakçılarının böyük marağına səbəb olub və sərginin "Qızıl xatirə medalı"na layiq görülüb.

 

Qeyd edək ki, sərgi Rusiya Milli Filateliya Akademiyası və Birləşmiş Millətlər Təşkilatının Rusiya Assosiasiyasının dəstəyi ilə Rusiya Filatelistlər İttifaqının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib. Tədbir  Rusiya Mərkəzi Rabitə Muzeyinin 150 illik yubileyinə həsr olunub.

 

Sərginin əsas məqsədi Rusiya Milli Filateliya Akademiyası və digər ölkələrin filateliya təmsilçiləri  arasında dostluq əlaqələrinin inkişafı, genişləndirilməsi və beynəlxalq humanitar əməkdaşlığın inkişafıdır.

 

Tədbirin sonunda, beynəlxalq humanitar əməkdaşlığın inkişafında filateliyanın rolundan bəhs edilən çıxışlar səsləndirilib.

 

 

 

 



Onlayn konsultasiya