“Azərpoçt” MMC vakansiya elan edir!
19.01.2023
2196
Ölkənin Yeganə Milli Poçt Operatoru “Azərpoçt ” MMC Marketinq şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edir.
Vəzifə Öhdəlikləri :
-
Təşkilatın illik marketinq planının icrasının təşkili;
-
Bazarın araşdırılması, müqayisəli təhlillərin aparılması, şirkətin məhsullarının bazarda mövqeyi haqqında düzgün nəticələr təqdim olunması;
-
Bazar araşdırmasına və tələblərə əsasən mövcud məhsulların inkişaf etdirilməsi üçün təkliflərin verilməsi;
-
Fərqli məhsullar üzrə ayrı-ayrı marketinq planlarının hazırlanması;
-
Rəqəmsal marketinq fəaliyyətinə dəstək verilməsi ;(Veb-səhifə və sosial şəbəkələrdə reklam və digər kampaniyaların yaradılmasının təşkili və s.)
-
“Google SEO” və “Mass Mail” işinin təşkili;
-
Şirkətin brendbukuna uyğun brendinq işlərinin aparılmasının təşkili;
-
Filiallar, şöbələr və digər təmas nöqtələri üçün materialların hazırlanması;
-
Dövrü hesabatların hazırlanması və təhlili.
Namizədə dair tələblər:
-
İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
-
Marketinq sahəsi üzrə rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi; (Maliyyə, xidmət sektorunda olanlara üstünlük veriləcək)
-
Rus və ingilis dili biliyi;
-
Yüksək səviyyədə MS ofis proqramlarından istifadə bacarığı;
-
Təqdimat və ünsiyyət bacarığı;
-
Analitik və tənqidi düşünmə bacarığı;
-
Komanda ilə işləmə bacarığı
İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan: Ü.Hacıbəyli 72)
İş vaxtı: Həftə içi 5 gün, saat 9:00 – 18:00
Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Maraqlananlar, öz CV-lərini“Marketinq şöbəsinin müdiri” başlığı ilə hrdepartment@azerpost.az ünvanına göndərə bilərlər.
Maraqlananlar, öz CV-lərini aşağıdakı elektron ünvana “marketinq mütəxəssisi” başlığı ilə hr@azerpost.az ünvanına göndərə bilərlər.