“Azərpoçt”un bütün şöbələrində Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım qəbuluna başlandı


09.02.2023 1196


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC Türkiyədə zəlzələdən zərərçəkənlər üçün Azərbaycanda başlanan genişmiqyaslı yardım kampaniyasına dəstək verir.

 

Bu gündən “Azərpoçt”un bütün ölkə üzrə poçt şöbələrində yardımların qəbuluna və göndərilməsinə başlanılır. Göndərişlərə görə heç bir xidmət haqqı alınmır. Bununla belə bağlamaların qəbulu və qablaşdırılması adi poçt göndərişi qaydasında həyata keçirilir, yəni göndərilən mallar vətəndaşın iştirakı ilə siyahıya alınır və qablaşdırılır.

 

Vətəndaşlardan yardımların hazırlanması zamanı Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) qoyduğu tələblərə    riayət etmələri xahiş olunur. Nəzərinizə çatdıraq ki, istifadə olunmuş geyimlər və əşyalar gigiyenik şərtlər və epidemiya riski baxımından qəbul olunmur.

 

Bundan əlavə, tez xarab olan və daşınması mümkün olmayan məhsullar göndəriş üçün qəbul edilmir.

 

Yardım məqsədilə aşağıdakı geyim və əşyaların göndərilməsi tövsiyə olunur:


                         
 Geyimlər

- palto

- plaş

- papaq, şərf

- əlcək

- qış ayaqqabıları

- isti üst geyimləri

- alt paltarları

 

Digər əşyalar

- çadır

- döşək

- yorğan

- yastıq

- termos

- uşaq bezləri

- əl fənəri

- generator

 

Qardaş Türkiyədə zəlzələdən xəsarət alanlara şəfa, dünyasını dəyişənlərə isə rəhmət diləyirik.

 

 



Onlayn konsultasiya