“Azərpoçt” MMC Ümumdünya Poçt İttifaqının seminarında təmsil olunub
27.11.2024
485
Ötən günlərdə 13 ölkədən məsul nazirlik nümayəndələri, tənzimləyici orqanlar və poçt operatorlarından ibarət 23 nəfər ekspertin iştirakı ilə Gürcüstanın Tiflis şəhərində seminar təşkil olunub. Ümumdünya Poçt İttifaqı tərəfindən Avropa və MDB Regionu üçün milli poçt siyasətlərinin layihələndirilməsi və formalaşdırılması məqsədilə keçirilən seminarda “Azərpoçt” MMC də təmsil olunub. Seminarda poçt işinin təşkili ilə bağlı qlobal tendensiyalar müzakirə olunaraq, yeni istiqamətlər təhlil edilmişdir. İnteraktiv müzakirələr, tematik araşdırmalar və qrup fəaliyyətləri ilə zənginləşdirilmiş seminarda hər təmsilçi öz təcrübəsini bölüşüb. “Azərpoçt” MMC-ni təmsil edən İdarə Heyətinin üzvü Elgün Rəsulov görüşdə “Azərpoçt”un yenilənmə dövrünü əhatə edən strateji məsələləri bölüşərək, icra olunmuş addımları qeyd edib.
-
“Boston Consulting Group” ilə formalaşdırılan yeni strateji dövr və onun faydaları;
-
Müasir poçt binzeslərinin yaradılması və işə salınması;
-
“Azərpoçt”da transformasiya dövründə həyata keçirilən islahatlar və bundan irəli gələrək yeni metodoloji yanaşmaların tətbiqi;
-
Müasir idarəetmə standartlarının yaradılaraq, təşkilatda uğurlu tətbiqi;
-
Uzun və qısamüdətli dövrdə qoyulan hədəflərin icrası ilə bağlı gələcək planlar.
Onu da qeyd edək ki, ÜPİ-nin poçt sektorunun modernləşdirilməsi və inkişafı üzrə regional layihəsi çərçivəsində təşkil olunan və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin ev sahibliyi etdiyi bu seminarda məqsəd iştirakçılara poçt islahatı və innovasiyaları həyata keçirmək üçün lazımi bilik və alətləri çatdırmaq idi.