“Azərpoçt” MMC-nin 2022-ci il üzrə audit edilmiş maliyyə hesabatlarının qısa icmalı


18.07.2023 795


“Azərpoçt” MMC-nin (Cəmiyyət) gəlirləri, əsasən, poçt və maliyyə xidmətləri üzrə formalaşır. 2022-ci ildə gəlirlər ötən illə müqayisədə 36% artaraq 40.3 milyon manatdan 54.9 milyon manata çatmışdır. Cəmiyyət fəaliyyət sahəsini genişləndirərək xarici və dövlət qiymətli kağızlara investisiyalar edir, bu istiqamət üzrə 2022-ci ildə 10.3 milyon manat gəlir qazanmışdır (2021-ci ildə bu məbləğ 4.2 milyon manat olmuşdur). Nəticədə Cəmiyyət 2021-ci ili zərərlə başa vursa da, 2022-ci ildə 4.3 milyon manat mənfəət əldə etmişdir.

 

Cəmiyyətin 2022-ci il fəaliyyəti üzrə xalis pul vəsaitləri ötən ilə nisbətən 39% artaraq 251.5 milyon manat təşkil etmişdir. Ümumilikdə cəmi aktivlər 44% artaraq hesabat dövrünün sonuna 624 milyon manata çatmışdır.

 

www.azerpost.az/az/page/maliyye-hesabatlari

 

 



Onlayn konsultasiya