"Azərpoçt" MMC vakansiya elan edir
11.08.2023
1351
Ölkənin yeganə milli poçt operatoru “Azərpoçt” MMC Biznes proseslər üzrə mütəxəssis vakansiyasını açıq elan edir :
Biznes proseslər üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
-
Biznes Proseslər üzrə metodoloji bazanın təkminləşdirilməsi:
-
Müştəri xidmətlərinin və məhsullarının/əməliyyatlarının optimallaşdırması;
-
Filialların yükünü azaltmaq məqsədi ilə proseslərin/əməliyyatların avtomatlaşdırılması, mərkəzləşdirilməsi və rəqəmsallaşdırılması üzrə işlər aparılması;
-
Mövcud biznes proseslərin təkminləşdirilməsi məqsədi ilə təhlil işlərinin aparılması və məlumatların toplanması;
-
Müştərilərə xidmət göstərilməsi ilə əlaqədar proseslərdə/əməliyyatlarda/ məhsullarda məhdudiyyətlərin və çatışmazlıqların aşkarlanması və təhlili;
-
Proseslər və məhsullarla bağlı yeni ideaların, təkliflərin təhlili və dəyərləndirilməsi;
-
Biznes proseslər üzrə daxili qaydaların və normativlərin işlənib hazırlanması, daxili qaydalar üzrə metodoloji bazanın təkminləşdirilməsi və yenilənməsi;
-
Sənədlərin / daxili reqlamentlərin yoxlanması və standartlaşdırılması.
Vəzifə üzrə tələblər:
-
İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
-
Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
-
Özünü inkişaf etdirmə;
-
Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
-
Rus və ingilis dili biliyi;
-
MS Office proqramlarından istifadə bacarığı;
-
Təqdimat və ünsiyyət bacarığı;
-
Yeniliklərə açıqlıq və dəyişikliklərə uyğunlaşma;
-
Prosedurların və daxili normativ qaydaların hazırlanması üzrə təcrübə.
İş şəraiti
-
5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə);
-
Korporativ nömrə ilə təmin olunma ;
-
Bazar rəqabətli əmək haqqı;
-
İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Biznes proseslər üzrə mütəxəssis” qeyd etməklə CV-lərini HRdepartment@azerpost.az ünvanına göndərə bilərlər.