“Azərpoçt” MMC və “Azercell Telecom” MMC arasındakı əməkdaşlıq növbəti mərhələyə keçib
06.11.2023
552
Keçən il başlayan əməkdaşlıq zamanı Azercell xidmətlərinin Azərpoçt şöbələrində verilməsi üçün ilkin mərhələdə 86 nəfər əməkdaşa təlim keçilmiş və nəticədə “Azərpoçt” bürünc sertifikatlı rəsmi diler statusu almışdı.
Bu il isə, həmin əməkdaşlığın davamı olaraq, əməkdaşların kvalifikasiyasının təmin edilməsi məqsədilə ikinci səviyyə olan Gümüş sertifikatlı təlimlər təşkil olunmuşdur.
Gümüş sertifikatlı rəsmi diler statusu ilə artıq bir sıra “Azərpoçt” şöbələrində “Azercell” nömrələrinin satışı, “ASAN İmza” xidmətinin və çoxçeşidli internet paketlərinin aktiv edilməsi, ləğv olunmuş nömrələrin bərpası və nömrə daşınması kimi əməliyyatlar həyata keçirilir.
Qeyd edək ki, hazırda sözügedən xidmətlər paytaxtın bəzi şöbələrində və 50-dən çox rayon mərkəzi şöbələrində Azercell xidmətləri göstərilir.
“Azercell” xidmətləri göstərilən “Azərpoçt” şöbələri aşağıda qeyd olunmuşdur:
AZ1000, AZ1063, AZ1071, AZ1083, AZ1073, AZ1124, AZ1144, AZ1044
AZ2700, AZ2717, AZ2724, AZ3800, AZ4000, AZ1700, AZ5300
AZ0700, AZ5600, AZ4200, AZ4300, AZ6500, AZ1500, AZ1514
AZ6200, AZ0800, AZ3400, AZ5500, AZ4800, AZ3600, AZ0500
AZ3500, AZ6000, AZ2100, AZ5704, AZ5700, AZ1600, AZ2012
AZ2200, AZ4600, AZ5100, AZ2300, AZ0300, AZ6100, AZ6300
AZ0900, AZ6600, AZ4500, AZ1200, AZ3000, AZ3300, AZ5400
AZ1800, AZ4700, AZ5200