Azerpoçt

FAQ

Anonim hesabların açılması qanunla qadağan edilir.

“Azərpoçt” MMC tərəfindən beynəlxalq və yerli qanunvericiliyin tələblərinə uyğun olaraq bütün müştərilər öncə eyniləşdirilir, verifikasiya edilir və apardığı əməliyyata uyğun olaraq risk qrupu üzrə təsnifləşdirilir. Hər bir risk kateqoriyası üzrə təsnifləşdirilən müştəri ilə işgüzar əlaqələr qanunvericiliyə uyğun şəkildə həyata keçirilir.

Cinayətkarlıq yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə bağlı ölkə qanunvericiliyi ilə yanaşı daxili qaydalar da var. Bununla bağlı mütəmadi təlimlər keçirilir, nəzarət mövcuddur.

“Azərpoçt”un ödəniş kartları ilə aparılan əməliyyatlarda müştərilərə tətbiq edilən rüsumlar minimum səviyyədədir. Kartlar “Mastercard” brendi olduğundan siz dünyanın istənilən nöqtəsində müvafiq rüsumlarla vəsait nağdlaşdıra və nağdsız əməliyyatlar apara bilərsiniz.

Sizə ən yaxın poçt filialının müştəri xidmətləri şöbəsinə şəxsiyyətinizi təsdiq edən sənəd ilə birgə müraciət etməniz kifayətdir. Milli valyutadan başqa, dollar və evro hesablı kart almaq imkanınız var.

Bu hal mümkünsüzdür, yəni kartın PİN kodu statikdir, dəyişmir. Siz çox güman ki, başqa kartın pin kodundan istifadə edirsiniz.

support chat