RƏHBƏRLİK

"Azərpoçt" MMC-nin rəhbər şəxsləri haqqında məlumat

Mustafayev İsi Yusif oğlu

İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən

1979-cu ildə Bakı şəhərində anadan olmuşdur.

1995-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr təhsili almışdır.

2000-ci ildən başlayaraq, müxtəlif şirkət və banklarda iqtisadçı, departament direktoru kimi aparıcı vəzifələrdə çalışmışdır..

2021-dən “Azərpoçt” MMC-nin Baş direktor müavini vəzifəsini icra edir.

Kazımov Sübhan Kazım oğlu

İdarə Heyətinin üzvü

1966-cı ildə Ermənistan Respublikasında anadan olmuşdur.

1983-1990-cı illərdə Çingiz İldrım adına Azərbaycan Politexnik İnstitutunun elektron hesablayıcı maşınları ixtisası üzrə bakalavr təhsili almışdır.

1991-2002-ci illərdə müxtəlif şirkətlərdə baş direktor, baş mexanik və şöbə rəisi kimi rəhbər vəzifələrdə çalışmışdır.

2002-ci ildən "Azərpoçt" MMC-də Texniki şöbənin rəisi, 2004-cü ildən isə "Azərpoçt" MMC-nin Baş direktorun müavini vəzifəsində çalışır.

4 dekabr, 2012-ci ildə RİTN-nin 300 saylı əmrinə əsasən "Rabitə Ustası" adına layiq görülmüşdür.

Süleymanov Nazim Süleyman oğlu

İdarə Heyətinin üzvü

1958-ci ildə Azərbaycan Respublikasının Cəbrayıl rayonunda anadan olmuşdur.

1975-79 - cu illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırılması ixtisası üzrə bakalavr təhsili almışdır.

1993-2006-cı illərdə bank sahəsində iqtisadçı və müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.

2006-2019-cu illərdə "Azərpoçt" MMC-də çalışmış,

2019-cu ildə Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini təyin olunmuşdur.

2021-ci ildən "Azərpoçt" MMC-də Baş direktor müavini vəzifəsində çalışır.

27 dekabr 2012-ci ildə RİTN-nin 342 saylı əmrinə əsasən "Rabitə Ustası" adına layiq görülmüşdür.

 

Əli-zadə Xəyyam Emin oğlu

İdarə Heyətinin üzvü

1972-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakültəsində təhsil almışdır.

1997–ci ildən başlayaraq informasiya texnologiyaları sahəsində müxtəlif vəzifələri icra etmişdir.

2005-2020-ci illərdə müxətlif banklarda departament direktoru, İdarə heyətinin sədr müavini, icraçı direktor və s. kimi rəhbər vəzifələrdə çalışmışdır.

2021-ci ildən "Azərpoçt" MMC-də Baş direktor müavini vəzifəsində çalışır.


Onlayn konsultasiya