Robot və dronların yürüşü


21.11.2018 8225


İKT LAB və AREA-nın birgə təşkilatçılığı ilə uşaqlar, eləcə də gənclər üçün “Robot və dronlar yürüşü” adlı çox maraqlı seminar keçiriləcək. Seminar hamı üçün açıq və ödənişsizdir.Yaşından asılı olmayaraq hər bir şəxs seminarda iştirak edərək robotlar və dronlarla tanış olub, onları idarə edə biləcək. Bu seminarda çox maraqlı vaxt keçirib, yeni dostlar qazanıb və dronların gətirdiyi dadlı şirniyyatlardan dadacaqsınız.

Valideynlər öz övladlarını, məktəblilər öz sinif yoldaşlarını, gənclər isə dostlarını götürüb İKT LAB-da keçiriləcək bu seminara gələ bilərlər.

Seminar proqramı aşağıdakı kimidir:

Saat 11.00-12.00 – Robot və dronlar haqqında təqdimatlar;

Saat 12.00-13.00 – Ödənişsiz dərslər.

Seminarda fərqli təlim proqramları haqqında məlumat veriləcək və robot texnologiyalarını daha dərindən öyrənməyin sirləri açılacaq. Seminara qoşulmaq üçün elə indi qeydiyyatdan keçmək mütləqdir. https://goo.gl/dMj9aY

Ətraflı məlumat üçün (055) 218 28 66 nömrəsi ilə əlaqə saxlayın.

 



Onlayn konsultasiya