“Azərmarka” MMC tərəfindən daha bir poçt markası dövriyyədə


17.01.2019 2778


Yeni poçt markası Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Elza İbrahimovanın 80 illik yubileyi münasibətilə tədavülə buraxılıb.

Poçt markası “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanıb. Markanın ölçüləri 29.8x40.6 mm, marka vərəqinin ölçüsü 186.4x202.8 mm. Ümumi tiraj 500016 ədəddir. Həmçinin 200 ədəd birinci gün zərfləri də satışa çıxarılıb.

Markaları “Azərpoçt” MMC-nin poçt şöbə və filiallarından, eləcə də “Şəbəkə” xidmət mərkəzlərindən əldə etmək mümkündür.

Qeyd edək ki, Elza İbrahimova Azərbaycanın görkəmli xanım bəstəkarı, Azərbaycan Respublikasının və Dağıstanın xalq artisti olub. Yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib. Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən "Ey vətən" əsəri bütün dünyada məşhurdur. Elza İbrahimova  tanınmış Azərbaycan şairlərinin yüzlərlə şeirlərinə və rus dillində onlarla poetik nümunəyə musiqi yazıb.



Onlayn konsultasiya