Ukrayna poçtunda valyuta mübadiləsi olacaq


18.01.2019 1935


Fevral ayından etibarən Ukrayna poçtunda valyuta mübadiləsi mümkün olacaq.

“Valyuta və valyuta mübadiləsi” ilə bağlı qanunda edilən dəyişikliklərə əsasən vətəndaşlar xarici valyutanı yalnız bank və valyuta mübadilə obyektlərində deyil, həm də Ukrayna poçtunun şöbələrində alıb-sata biləcəklər. Dəyişikliklər 7 fevraldan etibarən qüvvəyə minəcək.

Poçt rabitə əməliyyatçıları müəyyən şərtlərə əsasən valyuta əməliyyatlarının həyata keçirəcəklər. Bunun üçün Ukrayna Poçt Administrasiyası artıq ölkənin Milli bankından lisenziya da alıb. Bu şərtlərə görə, Ukrayna poçtunun bütün ölkənin 50 faizdən çox ərazisində yerləşən 50-dən yuxarı struktur bölməsi olmalıdır. Eyni zamanda poçt rabitə xidmətlərinin təqdim olunması sahəsində göstərəcəkləri xidmətdən 50 faizdən az olmamaq şərti ilə gəlir əldə olunmalıdır. 

2019-cu ildə Ukrayna  Milli bankı lisenziyası olmayan, lakin valyuta əməliyyatları aparmaq istəyən qurumlar üçün müvafiq lisenziyanın verilməsi şərtlərini müəyyən edib.



Onlayn konsultasiya