Türkiyədə poçt yükü dronla daşınacaq


18.02.2019 1570


Türkiyənin Poçt və Teleqraf Agentliyi (PTT) bu ildən etibarən pilotsuz uçuş aparatları vasitəsilə yük daşımağa başlayacaq.

PTT rəhbəri Kənan Bozgeyik bildirib ki, təşkilat dron daşımaçılığına keçmək üçün yerli mühəndislər və universitetlərlə birlikdə iş aparır. Bozgeyik Türkiyənin dron texnologiyasına sahib olduğunu xatırladıb. Sitat: “Dərhal hər yerdə dronlarla karqo daşınması mümkün deyil. Coğrafi şərait, ölkənin mövcud şərtləri nəzərə alınacaq. Bu il öz dronlarımızla uçmağa başlayacağıq. Məsələn, İstanbuldan Adalar istiqamətinə yükün sürətlə çatdırılması tələb olunursa, bunu etmək mümkündür. İstanbuldakı tıxaclar nəzərə alınarsa, 2 saatlıq yolu dronla yarım saatda qət etmək olar”.



Onlayn konsultasiya