Dünyanın diqqətində olan tədbir poçt markalarında


12.03.2019 272


Mart ayının 17-də Polşa poçtu  “Dünya Yay Olimpiadaları - Abu Dabi-2019” layihəsinə həsr olunan poçt vərəqini dövriyyəyə buraxacaq.

Poçt vərəqi 12 markadan ibarət olacaq. Markaların ölçüləri 43x31,25 mm-dir.

Orijinal poçt vərəqinin nominal dəyəri 2,60 zł, tiraji isə 216 min nüsxə təşkil olunub. Marka dizaynı rəssam Dorota Arçevskaya məxsusdur.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçiriləcək bu tədbir 14-21 mart 2019-cu il tarixlərində nəzərdə tutulub. Olimpiyadada 170-dən çox ölkədən 7 min idmançı mübarizə aparacaq. Məhz bu olimpiadada idmançılar 24 fərqli fərdi və komanda şəklində yarışacaqlar.

 



Onlayn konsultasiya