Milli domenə həsr olunan marka


05.04.2019 2000


Bu gün Rusiya poçtu .RU-milli domeninə həsr olunan poçt markasını dövriyyəyə buraxıb.

Poçt markasının üzərində HTML kodlarının fonunda Rusiyanın milli üst səviyyəli domeni təsvir olunub.

Buraxılışa əlavə olaraq Moskva şəhəri üşün “Birinci gün” zərfi və xüsusi ştempel də hazırlanlb. Marka rəssam- dizayner S. Kapranova məxsusdur. Poçt markasının hazırlanmasında məqsəd milli domenin tarixinə diqqəti çəkməkdir.

Bu orijinal poçt markasının nominal dəyəri 32 rubl, tiraji isə 135 min nüsxə təşkil edir. Markanın ölçüsü 37×37 mm, vərəqin ölçüsü isə 131×131 mm-dir.

Qeyd edək ki, .RU- milli domen 1994-cü il aprelin 7-də Rusiya Federasiyası tərəfindən qəbul olunub və bu domen Rusiya üçün milli üst səviyyəli domen sayılır. 2006-2008-ci illərdə .RU domeninin ən yüksək artımı olub. 2015-ci ilin sonunda .RU sahəsi ən böyük milli üst səviyyəli sahələr arasında illik artım baxımından liderlərdən biridir.



Onlayn konsultasiya