Belçika poçtunun yeni markaları dövriyyədə


24.06.2019 1994


Belçika Poçt Təşkilatı quşlara həsr olunmuş poçt blokunu təqdim edib. “Avropa 2019 - Milli quşlar proqramı seriyası” çərçivəsində hazırlanan bu miniatür blok iki markadan ibarətdir. Markalar zığzığ və sarıköynək quşlarına həsr olunub.

Orijinal poçt markalarının nominal dəyəri 3 europe təşkil edir. Dizaynı Kris Maesa aid olan bu maraqlı poçt bloku “Stamps Production Belgium” tərəfindən işıq üzü görüb. Tiraj sayı haqqında məlumat verilməyib.

Qeyd edək ki, sarıköynək quşu meşədə yaşayan, böcəklər ve meyvələrlə qidalanan, sarı rəngli, gözəl səsli quşdur. Dimdikləri iti və qüvvətli, qanadları uzun, ayaqları qısadır.

Qanadının üzərində qara xallı mavi ləkə, başında qara ləkəli kəkili olan zığzığ quşu isə Avropada, Asiyada, Şimal-Qərbi Afrikada və Azərbaycanın Qafqaz meşələrində rast gəlinir. Payızda və qışda köçür. Ağacda düzəltdiyi yuvaya 5-7 ala-bəzək yumurta qoyur. Toxum, giləmeyvə, palıd qozası və cücülərlə qidalanır. 



Onlayn konsultasiya