Belarusun şəhərləri markalarda, ”Slonim”


08.07.2019 146


İyul ayının 10-da Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi “Belarusun şəhərləri” silsiləsindən “Slonim” poçt markasını dövriyyəyə buraxacaq.

Poçt vərəqi 130х120 mm ölçülərində hazırlanacaq və 6 markadan ibarət olacaq. Markalar isə 52х29.6 mm ölçülərində tədavülə buraxılacaq.

Orijinal poçt markalarının nominal dəyəri “M”, tiraji isə 42 min nüsxə təşkil olunacaq. Layihə dizayner-rəssam Evqeniy Bedonika məxsusdur.

Slonim şəhərinə həsr olunan poçt markaları “Belarus Çap Evi” Nəşriyyatı” RUM-də işıq üzü görəcək.

Qeyd edək ki, Slonim Belarus Respublikasının Qrodno vilayətinin ən qədim şəhərlərindən biridir. İlk dəfə Uslonim 1252-ci ildə İpatiev Xronikasında rast gəlinir.



Onlayn konsultasiya