“Görkəmli xadimlər” seriyası çərçivəsində yeni marka


03.10.2019 201


Özbəkistan Respublikası İnformasiya Texnologiyalarının və Kommunikasiyaların İnkişafı Nazirliyi “Görkəmli xadimlər” seriyası çərçivəsində Hindistanın Milli Azadlıq Mübarizəsinin lideri və sülh müdafiəçisi Mahatma Qandinin anadan olmasının 150 illik yubileyi münasibətilə poçt markasını dövriyyəyə buraxıb. Poçt blokunun üzərində özbək və ingilis dillərində “Mahatma Qandinin 150 illiyi” yazısı, markanın üzərində isə Mahatma Qandinin porterti öz əksini tapıb.

Poçt blokunun ölçüləri 100х90 mm, poçt markasının ölçüləri isə 52х37 mm təşkil edir və 5 min tirajla tədavülə buraxılıb.

Bu maraqlı layihə rəssam S.Farmanova və dizayner U.Sulaymonova məxsusdur. Eyniləşdirmə nömrələri verilərək nominallar 6200 sum dəyərində müəyyən olunub.

Qeyd edək ki, Hindistan Respublikasının qurucularından olan Mahatma Qandi sülh, qardaşlıq, qeyri-zorakılıq ideyalarını fəal təbliğ edib. Mahatma Qandi təkcə Hindistan xalqının deyil, bütün bəşəriyyətin inkişafına çalışdığı üçün onun irsi həm də dünya xalqlarına aiddir. Bununla bağlı Mahatma Qandinin yubiley tədbirləri ötən il oktyabrın 2-dən bu il oktyabrın 2-dək dünyanın müxtəlif ölkələrində qeyd olunur.

M.Qandinin yubileyi münasibətilə Bakıda da Hindistan səfirliyinin təşkilatçılığı ilə reallaşan bir sıra tədbirlər keçirilir.



Onlayn konsultasiya