Beynəlxalq epistolyar inşa müsabiqəsinə start verildi


13.02.2020 518


Belarusun “Belpoçta” Respublika Unitar Müəssisəsi (RUM) uşaqları Ümumdünya Poçt İttifaqının təşkil etdiyi 49-cu Beynəlxalq Gənclər Epistolyar inşa musabiqəsi çərçivəsində keçirilən 24-cü Belarusiya Gənclik Epistolyar İnşa Müsabiqəsində iştirak etməyə dəvət edir.

 

Sözügedən müsabiqə Ümumdünya Poçt İttifaqının (ÜPİ) tövsiyəsi əsasında ənənəvi olaraq hər il təşkil olunur, “Belpoçta” isə müsabiqəni 24-cü dəfə keçirir.

 

Hər il müsabiqəyə ölkənin müxtəlif yerlərindən 1500-ə yaxın inşa təqdim edilir.

Builki müsabiqənin mövzusu "Yaşadığımız dünya haqqında inşa yaz”. Müsabiqədə 15 yaşa qədər olan məktəblilər iştirak edəcək.

Belarus və ya rus dillərində yazılacaq inşaların həcmi 800 sözdən artıq olmamalıdır.

 

Müsabiqədə iştirak etmək istəyən hər bir şagirdin inşa yazısı iştirakçı vərəqi ilə birlikdə 10 mart 2020-ci il tarixinə qədər göndərilməlidir.

 

Müsabiqənin şərtlərinə görə, toplanan inşalar YUNESKO-nun təşkil etdiyi münsiflər heyətinə təqdim olunur. Sonda 3 əsas qalib müəyyən olunur.

 

Qaliblər qızıl, gümüş, bürünc medallarla mükafatlandırılır. Qızıl medal qazanan məktəbli ÜPİ-nin Beynəlxalq Bürosunun mükafatını almaq üçün Bern şəhərinə dəvət olunur.



Onlayn konsultasiya