Yeni poçt markası dövriyyədə


04.03.2020 2278


Serbiya milli poçt xidməti “Pasxa” adlı poçt markasını tədavülə buraxıb. Pasxa bayramına həsr olunan bu poçt markası on il ərzində hər il fərqli motivlərlə təqdim olunur. Bəzən markalarda dini, bəzən də dünyəvi mövzulara yer ayrılır. Bu il də ənənəvi olaraq poçt markasının üzərində xüsusi olaraq rənglənən və Pasxa bayramına bağışlanan yumurtalar təsvir olunub.

Poçt məhsulu iki markadan ibarətdir. Markaların ölçüləri 30.45 х 35 mm, tiraji isə 100 min nüsxə təşkil edir. Bu maraqlı poçt markalarının nominal dəyərləri 27.00 və 70.00 dinardır.

Serbiyanın pasxaya həsr olunan poçt məhsulu “Forum” Novi Sad çap evində işıq üzü görüb. Layihə dizayner Yakşa Vlaxoviça məxsusdur.

 

Qeyd edək ki, ilk Pasxanı qədim yəhudilər İsa peyğəmbərin mövludundan 1500 il əvvəl israillilərin Musa peyğəmbərin başçılığı ilə Misiri tərk etməsi münasibətilə bayram ediblər. Tarixi əsərlərdə Pasxa bayramı yəhudi xalqının Misir köləliyindən qurtulduğunu göstərən təqvim kimi qeyd olunur.

 

"Pasxa" sözü qədim yəhudi dilində "çıxma", "qurtulma" deməkdir.

 



Onlayn konsultasiya