Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-nin Poçt Daşıma Mərkəzində dezinfeksiya işləri aparılır


10.03.2020 3494


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-nin Poçt Daşıma Mərkəzində koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər davam etdirilir.

Beynəlxalq poçt göndərişləri gömrük baxışından keçdikdən sonra ilk olaraq Poçt Daşıma Mərkəzində qəbul edilərək, emal olunur. Bu baxımdan qəbul edilən bütün beynəlxalq poçt göndərişləri dezinfeksiya olunur.

Poçt Daşıma Mərkəzi, o cümlədən inzibati bina, xidməti otaqlar, tranzit, mətbuat yayımı, poçtun istismarı, keyfiyyətə nəzarət, poçt göndərişlərinin ilkin qeydiyyatı və çeşidlənməsi şöbələrində, gömrük məntəqəsində və poçt daşınmasını həyata keçirən mübadilə avtomaşınlarında dezinfeksiya işləri həyata keçirilir.

Poçt Daşıma Mərkəzində geniş maarifləndirmə işləri də aparılır. Əhali ilə birbaşa təmasda olan əməkdaşlar Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyələrinə uyğun olaraq koronavirusla bağlı məlumatlandırılır.

 



Onlayn konsultasiya