İsveçrədə koronavirusla mübarizəyə yardım üçün xüsusi poçt markaları buraxılıb


07.04.2020 3691


İsveçrədə koronavirusla mübarizəyə yardım məqsədilə xüsusi poçt markası buraxılıb.

 

Bu ölkənin dövlət poçt müəssisəsi “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti (“Schweizerische Post“ AG) tərəfindən buraxılan markaların satışından əldə olunan vəsait pandemiyadan zərər çəkən və eləcə də xüsusi yardıma ehtiyacı olan şəxslər üçün nəzərdə tutulur. “COVID-19 həmrəyliyi“ adlı bu markaları 50 İsveçrə frankı dəyərində on ədədlik dəst şəklində almaq mümkündür.

 

“İsveçrə Poçt” SC-dən bildirilib ki, yardımların paylanması İsveçrə Qırmızı Xaç Cəmiyyəti tərəfindən heyata keçiriləcək.



Onlayn konsultasiya